YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: “Standard&Poor`s”, “Moody`s” və “Fitch” tərəfindən ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb

“Dünya bazarlarında xam neftin qiymətinin kəskin azalması nəticəsində xarici valyutada daxilolmaların azalması ölkəmizin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli dərəcədə enməsini qaçılmaz edib”. Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, qlobal iqtisadi proseslərin ölkəmizə mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. O, qeyd edib ki, bunu digər neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin timsalında da görmək olar.

“Qlobal reytinq agentlikləri ölkəmizdə gedən prosesləri yaxından izləyir. Sevindirici haldır ki, dünyanın 3 ən nüfuzlu reytinq agentlikləri “Standard&Poor`s”, “Moody`s” və “Fitch” tərəfindən ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb”, - deyə nazir qeyd edib.